«Azərbaycan Beynəlxalq Bankı» ASC səhmdarlarına müraciət edib.
ABB-nin tərəfdaşlığı ilə ADA-da - Karyera Həftəsi BAŞLADI!
FED.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Bank 2021-ci ilin nəticələrinə əsasən səhmdarlarına dividend verəcək.
Xatırladaq ki, ABB 2021-ci ili 209 milyon manat xalis mənfəətlə başa vurub, Bu 2020-ci illə müqayisədə təqribən 80 milyon manat artıqdır.
Bu və digər məsələlər Bankın səhmdarlarının iyunun 14-də keçiriləcək ümumi yığıncağında müzakirə olunacaq.
Müraciətdə deyilir:
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti nəzərinizə çatdırır ki, 14 iyun 2022-ci il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Bununla yanaşı bildiririk ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi yığıncağın gündəliyi:
1. “ABB” ASC-nin kənar au¬ditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci ilin maliyyə hesabatının təsdiq edilməsi.
2. 2021-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi.
3. “ABB” ASC-nin balansında geri çağırılmış səhmlərinin ləğv edilməsi .
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallar 2022-ci il iyu¬nun 1-dən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu bəndini nəzərə ala¬raq qeyd edirik ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərtilə bu bildirişə əlavə olunan bülleten formasını dolduraraq qapa¬lı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2022-ci il iyunun 13-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir.
Ünvan-Bakı şəhəri, Nizami küçəsi 67.