Azərbaycanda bu ilin ikinci rübünün sonuna olan vəziyyətə görə aktivlərinin həcmi ən çox olan bankların adları məlum olub.
Banklar 2-cü rübü belə başa vurdular - 21 bank mənfəət açıqladı - SİYAHI, MƏBLƏĞLƏR - YENİLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı aktivlərin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, ölkənin ən böyük bankı statusunu 15,3 milyard manatlıq aktivlərlərlə Azərbaycan Beynəlxalq Bankı - ABB Bank saxlayır.
ABB Bank-dan sonra ölkənin ikinci ən böyük bankı olan «Kapital Bank»ın cəmi aktivləri 13,3 milyard manata çatıb.
Siyahıda üçüncü yerində 9,5 milyard manat aktivlərlə «PAŞA Bank» qərarlaşıb.
Ölkənin ən böyük banklarının ilk 5-liyində dördüncü və beşinci yerləri isə müvafiq olaraq 2,8 milyard manat aktivlə «Xalq Bank» və 2,7 milyard manat aktiv həcmi ilə «Bank Respublika» tutur.















