Azərbaycanın ən böyük korporativ və özəl bankı olan “PAŞA Bank” ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8 milyon 53 min manat və ya 14,5% artaraq 69 milyon 285 min manat təşkil edib. Bank 2020-ci ilin 9 ayını 60 milyon 532 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Eləcə də bax: Azərbaycan bankları 3-cü rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
FED.az xəbər verir ki, bu, Bankın açıqladığı maliyyə hesabatından məlum olur.
“PAŞA Bank”ın qeyri-faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon 721 min manat və ya 35,1% artaraq 91 milyon 43 min manata çatıb. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz gəlirləri 67 milyon 622 min manat təşkil etmişdi.
30 Sentyabr 2021-ci il tarixində PAŞA Bank 6 milyard 68 milyon 42 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 335 milyon 20 min manat kredit portfelinə malik olub.
(Marja)