Naxçıvan Muxtar Respublikasında kreditlərin verilməsi 2 dəfədən şox artıb. FED.az xəbər verir ki, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 77 milyon 641 min 400 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,2 dəfə çoxdur. Verilmiş kreditlərin 9 milyon 781 min 800 manatı və yaxud 12,6 faizi qısamüddətli, 67 milyon 859 min 600 manatı və yaxud 87,4 faizi uzunmüddətli kreditlər olmuşdur.
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 sentyabr 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 82781-ə çatmışdır ki, bunun da 73167-si və ya 88,4 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-avqust aylarında açılmış 18163 bank hesabının 17995-i aktiv hesablar olmuşdur. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2019-cu il tarixə 1276-ya çatmışdır.