Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 769,9 milyon manat xalis mənfəət əldə edib.
Azərbaycanda bank işçilərinin sayı - 2 MİN NƏFƏRƏ YAXIN ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,05 % çoxdur.
10 ay ərzində bankların əməliyyat gəlirləri 3 182,7 milyon manat (1 il əvvələ nisbətən 30,8 % çox), əməliyyat xərcləri 2 024,4 milyon manat (27,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 209,8 milyon manat (28,2 % çox), gözlənilməz xərcləri 0,5 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 178 milyon manat (62,3 % çox) təşkil edib. (Report)