Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun ayları ərzində 371,7 mln. manat həcmində xalis mənfəət əldə edib.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% azdır. İlin əvvəli müqayisədə isə bank sektorunun xalis mənfəəti 33% artıb.
Banklar bu müddətdə 954,7 mln. manat həcmində faiz gəlirləri (758,5 mln. manat kreditlər üzrə faizlər), 319,5 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib. (Apa)