Azərbaycanın bank sektoru bu ilin yanvar-mart ayları ərzində 163 mln. manat həcmində xalis mənfəət əldə edib.
Eləcə də bax: Azərbaycanda əhalinin banklardakı əmanətləri - 5% AZALIB
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% və ya 39,1 mln. manat artıb.
Banklar bu müddətdə 501,6 mln. manat həcmində faiz gəlirləri (399,3 mln. manat kreditlər üzrə faizlər), 174 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.
Bu müddətdə bankların faiz xərcləri 134,9 mln. manat (91,5 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 304,6 mln. manat təşkil edib.
Apa