2024-cü ilin I rübündə banklar tərəfindən 311.5 mln. manat xalis mənfəət, 444.6 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.
FED.az bu barədə Mərkəzi banka istinadən xəbər verir.
Cari ilin yanvar-mart aylarında banklar tərəfindən ümumilikdə 72.9 mln. manat məbləğində mənfəət vergisi (2023-cü ilin müvafiq dövründə 68.4 mln. manat) ödənilib.
Xalis mənfəət 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,6 milyon manat və ya 16,3 % çoxdur.
Hesabat dövründə bankların əməliyyat gəlirləri 1 milyard 354,5 milyon manat , əməliyyat xərcləri 892 milyon manat (28,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 79,7 milyon manat, digər gəlirləri 1,7 milyon manat , mənfəət vergisi ödəmələri isə 72,9 milyon manat təşkil edib.