2024-cü il sentyabr ayının 1-nə Azərbaycan banklarının cəmi aktivləri 49 milyard 567,7 milyon manat təşkil edib.
Bank sektorundakı son vəziyyət - AÇIQLANDI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü il sentyabrın 1-i ilə müqayisədə 9,3 % çoxdur.
Məlumata görə, hesabat dövründə bank sektorunun öhdəlikləri 9,6% artaraq 43 milyard 256 milyon manata yüksəlib.
Bank sektorunun balans kapitalı isə 7,3 % artaraq 6 milyard 311,7 milyon manat təşkil edib.