Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 147,5 milyon manat təşkil edib.
Azəbaycanda bank işçilərinin sayı keçən ayda 78 nəfər artıb
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 7 % çoxdur.
Bankların aktivlərinin 23 719,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,3 %-dən 48,3 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,8 % artaraq 42 817,8 milyon manata, o cümlədən depozit portfeli 6,6 % artaraq 34 835,2 milyon manata çatıb. Bunun 13 399,5 milyon manatı fiziki, 21 435,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 4,4 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,3 dəfə azalaraq 47,1 milyon manat olub.
Sektorun balans kapitalı isə 8,4 % artaraq 6 329,7 milyon manat təşkil edib.