Azərbaycanın bank sektorunda işçilərə verilən əmək haqları açıqlanıb.
Dövlət Statistika Komitəsindən FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda banklarda çalışanların orta aylıq əmək haqqı 2381,2 manat təşkil edir.
Eləcə də bax: Azərbaycan bankları 2-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
Məlumata görə, özəl banklarda çalışanların əmək haqqı dövlətlə müqayisədə daha yüksəkdir. Özəl banklarda orta maaş 2436,9 manat, dövlət banklarında isə 1935,9 manat təşkil edir.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, hazırda Azərbaycanın bank sektorunda 18 191 nəfər çalışır.
Eləcə də bax:Azərbaycanın sığorta sektorunda - ƏMƏK HAQLARI AÇIQLANDI – MƏBLƏĞLƏR
Azərbaycanın bank sektorunda - ƏMƏK HAQLARI AÇIQLANDI – MƏBLƏĞLƏR
14:25
25 İyul 2019