Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabatda deyilir ki, Azərbaycanın bank sektoru ötən ili zərərlə başa vurub.
Hesabatda göstərilir ki, 2017-ci ilin yanvar ayının 1-nə bank sektorunun məcmu zərəri 1 mlrd. 667,6 mln. manat təşkil edib.
Bundan öncə MBNP-nin açıqladığı 11 aylıq statistikada qeyd edilib ki, bank sektorunun zərəri 1 mlrd. 271,5 mln. manatdır.
Ötən ilin noyabrın 1-nə banklar üzrə hesablanmış zərər 969,5 mln. manat, oktyabrın 1-nə isə 1 mlrd. 547,1 mln. manat təşkil edib.