2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda bank sektorunun cəmi aktivləri 56 milyard 138,0 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bank sektorunun cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 297,2 milyon manat, yəni 10,4%, ötən ilin sonuna nəzərən 3 milyard 136,6 milyon manat, yəni 5,9%, aylıq müqayisədə isə 465,6 milyon manat, yəni 0,8% artıb. Cəmi aktivlərin tərkibində xarici valyutada olan vəsaitlərin məbləği 17 milyard 298,3 milyon manat olub ki, bu da illik 1 milyard 47,8 milyon manat (6,4%) artım deməkdir.
Sektorun nağd vəsaitləri 2 milyard 273,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 349,6 milyon manat (18,2%), ötən ilin sonuna nəzərən 253,7 milyon manat (12,6%), son bir ayda isə 266,8 milyon manat (13,3%) artıb.
Bankların Mərkəzi Bankdakı müxbir hesabları isə əksinə, bütün dövrlər üzrə azalıb. Bu göstərici 4 milyard 940,4 milyon manata enib ki, bu da illik 1 milyard 191,4 milyon manat (19,4%), ilin əvvəlinə nəzərən 1 milyard 271,3 milyon manat (20,5%), son bir ayda isə 68,9 milyon manat (1,4%) azalmadır.
Nostro hesabların (başqa banklardakı müxbir hesablar) həcmi də azalaraq 1 milyard 735,7 milyon manat təşkil edib. Bu, illik müqayisədə 228,4 milyon manat (11,6%), ilin əvvəlinə nəzərən 18,5 milyon manat (1,1%), son bir ayda isə 256,3 milyon manat (12,9%) azalma deməkdir.
Maliyyə institutlarındakı depozitlərdə isə kəskin artım qeydə alınıb. Bu aktivlər illik müqayisədə 1 milyard 633,1 milyon manat (75,4%), ilin əvvəlinə nəzərən 661,2 milyon manat (21,1%) artsa da, son bir ayda 310,0 milyon manat (7,5%) azalaraq 3 milyard 800,1 milyon manat olub.
Bankların qiymətli kağızlar portfeli 9 milyard 352,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 1 milyard 742,3 milyon manat (22,9%) artıb, lakin ötən ilin sonuna nəzərən 11,3 milyon manat (0,1%), aylıq müqayisədə isə 253,4 milyon manat (2,6%) azalıb.
Sektorun əsas aktivi olan müştərilərə verilmiş xalis kreditlər 27 milyard 547,7 milyon manata çatıb. Bu, illik müqayisədə 2 milyard 379,8 milyon manat (9,5%), ötən ilin sonuna nəzərən 1 milyard 622,5 milyon manat (6,3%), son bir ayda isə 566,2 milyon manat (2,1%) artıb.
Bankların əsas vəsaitləri 795,7 milyon manata çatıb ki, bu da illik 39,8 milyon manat (5,3%) artım deməkdir. Digər aktivlər isə 5 milyard 41,2 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 1 milyard 815,3 milyon manat (56,3%) kəskin artım deməkdir.
Xatırladaq ki, bank sektorunun cəmi aktivləri bu ilin sentyabrın 1-nə 55 milyard 672,4 milyon manat, ötən ilin sonunda (12/31/2024) 53 milyard 1,4 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 50 milyard 840,8 milyon manat təşkil edib.














