2020-ci ilin əvvəlinə Azərbaycanın Asiya İnkişaf Bankı (AİB) qarşısında öhdəlikləri 251,5 mln. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozlarını - AÇIQLADI
FED.az xəbər verir ki, bankın 2019-cu il üzrə illik hesabatına görə, öhdəliklərin 250 mln. dolları AİB-in Azərbaycana ayrılan "İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramının – Alt proqram 2" ("Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2") payına, 1,5 mln. dolları isə texniki yardımın payına düşüb.
Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,1 mlrd. həcmində vəsait ayırıb.
Apa