«Bank Silk Way» ASC 2018-ci ilin 3-cü rübü üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın «Mənfəət və Zərər» haqqında hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin iilk 9 ayında bankın faiz gəlirləri 26 mln 879 min manat olub. Bu məbləğin 24 mln 149 min manatı və ya 90%-i hava nəqliyatı üçün verilən kreditlərdən əldə olunan faiz gəlirləridir.
ELƏCƏ DƏ BAX: «BANK VTB»nin vəziyyəti məlum oldu – HESABAT
Bankın faiz xərcləri 10 mln 624 min manat olub. 2018-ci ilin 3-cü rübündə bankın xalis faiz gəlirləri ilin əvvəli ilə müqayisədə 1,26% artaraq 16 mln 255 min manat təşkil edib.
Bankın qeyri-fazi gəlirləri 2018-ci ilin ilk 9 ayında 16 mln 94 min manat, qeyri-fazi xərcləri isə 22 mln 933 min manat olub. Nəticədə hesabat dövründə əməliyyat mənfəəti ilin əvvəlinə nəzərən 0,66% artaraq 9 mln 416 min manata çatıb. Bu dövrdə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 19 mln 168 min manat azaldıb.
Yekunda, 2018-ci ilin ilk 9 ayında bankın xalis mənfəəti 28 mln 180 min manat olub . Xatırladaq ki, bankın xalis mənfəəti 2018-ci ilin 2-ci rübündə 12 mln 256 min manat, 2017-ci ilin yekununda isə 1 mln 600 min manat təşkil edib.
FED.az “BANK SİLK Way” in “Balans” hesabatına istinadən bildirir ki, bankın 2018-ci ilin 3-cü rübündə cəmi aktivləri ilin əvvəlinə nisbətən 32,73% artaraq 614 mln 147 min manat, cəmi kapital isə 38,75% artaraq 147 mln 893 min manata yüksəlib.
Hesabat dövrü ərzində bankın kredit portfeli ilin əvvəli ilə müqayisədə 40,91% artaraq 554 mln 668 min manata çatıb.
ELƏCƏ DƏ BAX: Bankların 3-cü rüb yekunu - MƏNFƏƏT-ZƏRƏR - SİYAHI, YENİLƏNİR
ELƏCƏ DƏ BAX: «Pakistan Milli Bank»ından gözlənilməz zərər – HESABAT