Azərbaycandan Rusiyaya “Zolotaya Korona” vasitəsilə pul köçürmələri dayandırılıb.
FED.az xəbər verir ki, “Zolotaya Korona”nın veb saytında Azərbaycan pul köçürmələrin göndərilməsi, həm də alınması üçün mövcud olan ölkələrin siyahısından çıxarılıb.
Bu gündən etibarən Azərbaycandan Rusiyaya Zolotaya Korona ödəniş sistemi vasitəsilə pul köçürmələri dayandırılıb. Rusiyanın TASS agentliyi Azərbaycandakı bir neçə bankla əlaqə saxlayaraq bunu təsdiqləyib.
O cümlədən “Unibank” və “Yelo Bank”dan bildiriblər ki, “Zolotaya Korona” ödəniş sistemini dəstəkləmələrinə baxmayaraq, xidmət problemləri səbəbindən Azərbaycandan Rusiyaya köçürmələr müvəqqəti olaraq mümkün deyil. VTB Azərbaycan isə qeyd edib ki, bank bu ödəniş sistemi vasitəsilə köçürmələri emal etmir.
“Zolotaya Korona”nın saytında Azərbaycan pul köçürmələrinin göndərilməsi və alınması üçün mövcud olan ölkələr arasında göstərilməyib.















