Cari ilin yanvar-iyul aylarında Azərbaycandan poçt vasitəsilə ümumilikdə 2 ton yük daşınıb ki, bu yüklərin dəyəri 835 min 260 ABŞ dollarıdır.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Azərtac-a bildirilib ki, yeddi ayda poçt vasitəsilə ixrac olunan 40 kiloqram yükün dəyəri 11 min 670 dollar təşkil edib. İdxal edilən yüklərin həcmi 1 ton 960 kiloqram, dəyəri isə 823 min 590 dollar olub