“Yapı Kredi Bank Azərbaycan” 2018-ci ilin birinci rübünü 660 min manat xalis mənfəət ilə başa vurub. FED.az xəbər verir ki , bu göstərici 2017 ci ilin eyni dövrü ilə müqayisədə 67 faiz azalıb, yəni mənfəət 2 milyon 18 mindən 664 min manata düşüb.
Qeyri-faiz gəlirləri 2 dəfə azalıb
Maliyyə hesabatına görə, bu ilin yanvar-mart ayları üzrə bankın cəmi gəlirləri 12 milyon 526 min manat olub. Halbuki, 2017-ci ilin eyni dövründə bu göstərici 16 miyon 52 min manat təşkil edirdi. Cəmi gəlirlərin azalmasının əsas səbəbi bankın qeyri –faiz gəlirlərinin kəskin düşməsidir. Beləki, bank bu rübdə 8 milyon 455 min manat faiz gəlirləri əldə edib. Faizlər üzrə xərclər isə 1 milyon 525 min manat olub. Nəticədə bankın xalis faiz gəliri 6 milyon 930 min manatda qərarlaşıb. Qeyri-faiz gəlirləri isə bu ilin ilk 3 ayında cəmisi 4 milyon manat olub. Halbuki, ötən ilin eyni dövründə 8 milyon manat idi. Qeyri-faiz xərcləri də qismən azalaraq 7 milyon 521 min manat olub. Qeyri-faiz gəlirlərinin 2 dəfə azalması əməliyyat mənfəətinə təsir göstərdiyindən nəticə 3 milyon 481 min manat olub. Mqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-mart ayları üzrə bu göstərici 5 milyon 376 min manat idi. Bank aktivlər üzrə ehtiyata ayırmaları 2 milyon 519 min manata salıb. Nəticədə vergilər ödənənədək bankın mənfəəti 962 min manat olub və həmin vəsaitin 301 min manatını dövlət büdcəsinə ödəyib.
Aktivlər və müxbir hesablar düşür
Bankın cəmi aktivləri ötən ilin ilk 3 ayı ilə müqayisədə 35 milyon azalaraq 411 milyon manata düşüb. Aktivlərdə kredit portfelin payı 46 milyon manat azalıb və 144 milyon 242 min manatdır. Ötən ilin eyni dövründə isə bank müştərilərə 190 milyon 588 min manat kredit vermişdi. “Yapı Kredi Bank Azərbaycan”ın başqa banklardakı müxbir hesablarında kəskin azalma nəzərə çarpır. 2017-ci il 31 mart tarixinə olan göstəriciyə görə bu rəqəm 163 milyon 131 min manat təşkil etdiyi halda, 31 mart 2018 ci il tarixinə 53 milyon 861 min manata enib.
Depozitləri artıb
“Yapı Kredi Bank Azərbaycan”ın cəlb etdiyi depozitlər 15 milyon artaraq 310 milyon manata çatıb. Depozitlərin 192 milyon manatını hüquqi çəxslərin tələbli depozitləri təşkil edir. Ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə bir il ərzində depozit portfelinin həcmi 388 milyon 957 min manatdan 337 milyon 636 min manata düşüb. Bu düşmə öhdəliklərə də təsir edib. Bankın öhdəlikləri isə ötən ilin sonundakı 354 milyon 671 min manatdan 31 Mart 2018-ci il tarixində 337 milyon 636 min manata geriləyib.
Bankın cəmi kapitalı 57 milyon manatdan 73 milyon manata qalxıb.
İlhamə Abdullayeva
Azərbaycandakı xarici bankın vəziyyəti məlum oldu - HESABAT
15:12
25 Aprel 2018