Azərbaycanda fəaliyyət göstərən yeganə İran bankı – İran Milli Bankının Bakı filialı kredit faizlərini endirib.
Bankdan FED.az-a verilən məlumata görə, hazırda istehlak kreditlərini illik 18%, biznes kreditlərini isə illik 16%-dən başlayan dərəcələrlə götürmək olar.
Eləcə də bax: Azərbaycanda depozit və kredit faizləri arasında fərq – XARİCDƏKİNDƏN YÜKSƏKDİR
Bankdan bildirilib ki, daşınmaz əmlak girovu ilə istehlak kreditləri 18%, zaminliklə isə 19%-lə verilir. Təqaüdçülər üçün isə kredit dərəcəsi 18%-dir.
Biznes kreditlərində isə faiz dərəcələri kreditin müddətindən asılıdır. 1-36 ay müddətinə götürülən kreditlərdə faiz dərəcəsi 16%, 36-60 aylıq kreditlərdə isə 18% olacaq.