Azərbaycanda Türkiyə kapitallı iki bankdan biri - Ziraat Bank Azərbaycan yeni filialını açımağa hazırlaşır. Bankdan FED.az-a verilən məlumata görə, yeni filialın Sumqayıtda yaxın günlərdə işə düşməsi gözlənilir. Bundan sonra isə Naxçıvanda filialın işə düşməsi nəzərdə tutulur.
Xatırladaq ki, «Ziraat Bank Azərbaycan» ASC Azərbaycanda fəaliyyət göstərmək üçün 2014-cü ildə lisenziya alıb. Bankın 3 səhmdarı var. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.
2018-ci ilin nəticələrinə görə, «Ziraat Bank Azərbaycan» ili 1 milyon 374,6 min manat mənfəətlə başa vurub.
Eləcə də bax: Azərbaycan hökumətinə "Manat xəbərdarlığı" - "ARXAYINLAŞMA İLƏ NƏTİCƏLƏNƏ BİLƏR"