Türkiyə bankı “Yapı Kredi Bank Azərbaycan” 2019-cu ildə Azərbaycanda ümumilikdə 187 milyon 253 min manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 13 milyon 212 min manat və ya 7,6% çoxdur. Bank 2018-ci ildə 174 milyon 041 min manat kredit verib.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, 2018-ci ildən fərqli olaraq 2019-cu ildə bank istehlak sahəsinə verdiyi kreditləri azaldıb, biznes və daşınmaz əmlaka verdiyi kreditləri isə artırıb.
“Yapı Kredi Bank Azərbaycan” 2019-cu ildə biznes sahəsinə 130 milyon 027 min manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 17 milyon 685 min manat və ya 15,7% çoxdur. Bank 2018-ci ildə qeyd edilən sahəyə 112 milyon 343 min manat kredit vermişdi.
Bankın biznes kreditləri ilə yanaşı daşınmaz əmlak sahəsinə verdiyi kreditlər də artıb. Bank 2019-cu ildə bu sahəyə 9 milyon 857 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 849 min manat və ya 9,4% çoxdur. Bank 2018-ci ildə daşınmaz əmlak sahəsinə 9 milyon 008 min manat kredit vermişdi.
“Yapı Kredi Bank Azərbaycan” digər kredit növlərindən fərqli olaraq 2019-cu ildə istehlak kreditlərinin həcmini azaldıb. Bank 2019-cu ildə bu sahəyə 47 milyon 370 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 5 milyon 323 min manat və ya 10,1% azdır. Bank 2018-ci ildə istehlak sahəsinə 52 milyon 692 min manat kredit verib.