Azərbaycanın aparıcı banklarından olan “Yapı Kredi Bank Azərbaycan” QSC 2023-cü ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə «Yapı Kredi Bank Azərbaycan» sürətlə böyüyüb, gəlirləri və mənfəəti artıb.
Hesabata əsasən, 1-ci rübdə «Yapı Kredi Bank Azərbaycan»ın faiz gəlirləri 8,3 milyon manat olub ki, bu da 2022-ci ilin eyni dövrünə nsbətən 2,5 milyon manat və 43% artıqdır.
Fviz gəlirlərinin böyük hissəsini bankın sürətlə böyüyən kredit portfeli generasiya edib – 6,2 milyon manat, bu ötən ilin eyni dövründən 900 min manat və ya 17% artıqdır.
1-ci rübdə «Yapı Kredi Bank Azərbaycan» başqa banklarda yerləşdirdiyi depozitlərdən 1,1 milyon manat gəlir götürüb – ötən ildən 18 dəfə artıq.
Qiymətli kağızlardan gəlirlər isə 2 dəfədən çox artaraq 412 min manatdan 964 min manata yüksəlib.
Bankın faiz xərcləri də 50% artaraq 600 min manata yaxınlaşıb. Bunun 419 min manatı depozit sahiblərinə ödənilən faizlərdir.
Nəticədə bankın xalis faiz gəliri 2,3 milyon manat artaraq 7,7 milyon manat yüksəlib.
Hesabat dövründə «Yapı Kredi Bank Azərbaycan»ın qeyri-faiz gəlirləri 10% artaraq 4 275 min manat, qeyri-faiz xərcdəri isə 18% artaraq 8,7 milyon manat olub.
Nəticədə bank rübü 3,3 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Ehtiyatlar üçün ayrılan 351 min manat və 795 min manatlıq mənfəət vergisini də çıxdıqdan sonra rübün sonuna «Yapı Kredi Bank Azərbaycan»ın xalis mənfəəti 2 milyon 161 mi n manat olub.
Bu ötən ilin eyni dövründəki mənfəətdən (400 min manat) ilə müqayisədə 5,4 dəfə artıqdır.
2023-cü ilin 1-ci rübündə «Yapı Kredi Bank Azərbaycan»ın aktivləri 90 milyon manat artaraq 485,5 milyon manata yüksəlib.
Bu dövrdə bankın kredit portfeli 60 milyon manat və ya 35% artaraq 235 milyon manat qalxıb.
Bunun 162 milyon manatı biznes kreditlər, 47,7 milyon manat istehlak kreditləri, 25,6 milyon manat isə daşınmaz əmlak kreditləridir.
Qiymətli kağızlara yatırılan məbləğ isə 54 milyon manat olub.
Hesabat dövrünün sonuna «Yapı Kredi Bank Azərbaycan»ın öhdəlikləri 399 milyon manata, depozit portfeli isə 80 milyon manat artaraq 365 milyon manata yüksəlib.
Bu dövrdə həm fiziki, həm də hüquqi şəxslərin depozitləri artıb.
Bankın cəmi kapitalı isə 4,3 milyon manat artaraq 86,4 milyon manat olub.