"Yapı Kredi Bank Azərbaycan" nizamnamə kapitalını 55 milyon 380 min 704 manata çatdırıb. FED.az xəbər verir ki, bank nizamnamə kapitalını artırmaq üçün dövriyyəyə hər birinin nominal dəyəri 0,02 manat olan 428,5 milyon ədəd yeni səhm buraxılıb.
Səhmlərin alıcıları isə bankın öz səhmdarları olub. Nəticədə səhm emissiyasından sonra "Yapı Kredi Bank Azərbaycan"ın kapitalı 8,57 milyon manat və yaxud 18,3% artıb.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan"ın kapitalı minimum tələbdən, yəni 50 milyon manatdan aşağı - 46 milyon manat səviyyəsində idi.
Azərbaycandakı türk bankı kapitalını artırdı
08:34
12 Fev 2018