Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübünü 70 min manat zərərlə başa vurub.
Eləcə də bax: Banklar 1-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 48,1% və yaxud 1,9 dəfə azdır.
Yanvar-mart aylarında Pakistan bankının gəlirləri 132 min manat (illik müqayisədə 2,3 dəfə çox), xərcləri 211 min manat (8,2% çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 10 min manat (3,3 dəfə çox) təşkil edib.
Bu il aprelin 1-nə Pakistan bankının aktivləri 10,102 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,1% azdır. Bunun 621 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 3,6% kiçilib.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 5,2 dəfə azalaraq 648 min manata, o cümlədən depozit portfeli 5,2 dəfə azalaraq 639 min manata, balans kapitalı isə 1,6% azalaraq 9,453 milyon manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır. (Report)