Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,3 milyon manat xalis zərərlə başa vurub.
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6 dəfə çoxdur.
Yanvar-sentyabr aylarında kredit ittifaqlarının gəlirləri 1,7 milyon manat (illik müqayisədə 5,6 % az), xərcləri 1 milyon manat (11,8 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon manat (10,5 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 13,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2 % azdır. Bunun 11,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,3 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20 % azalaraq 3,6 milyon manata düşüb, balans kapitalı isə 3,1 % artaraq 10,1 milyon manata çatıb. (Report)