17 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, hərracda tələb 250,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, mart ayının əvvəlinə kimi, valyuta hərraclarında satılan dolların həcmi açıqlanmırdı. Yalnız martın 10-dan sonra bu məbləğlər açıqlanmağa başlayıb. Mart ayında keçirilən hərraclarda valyutaya tələbat belə olub:
3 mart – hərracda satılan valyutanın həcmi açıqlanmayıb
5 mart – hərracda satılan valyutanın həcmi açıqlanmayıb
10 mart – hərracda satılan valyutanın həcmi 323,2 milyon dollar
11 mart – hərracda satılan valyutanın həcmi 155 milyon dollar
12 mart – hərracda satılan valyutanın həcmi 220,8 milyon dollar
13 mart – hərracda satılan valyutanın həcmi 265,2 milyon dollar
17 mart – hərracda satılan valyutanın həcmi 250,3 milon dollar.