İtaliya bankı "UniCredit" və Türkiyənin şirkətlər qrupu "Koç Holdinq" (Koç Topluluğu),"Yapı Kredi" və "Koç Finansal Hizmetleri" şirkətindəki paylar ilə bağlı yeni müqavilə imzalayıblar.
FED.az "Koç Holdinq"in yaydığı açıqlamaya istinadən xəbər verir ki, müqaviləyə əsasən əməliyyatların tamamlanması ilə "Koç Holdinq" - "UniCredit" iş ortaqlığı sona çatacaq, "Yapı Kredi" səhmdar strukturu yenidən təşkil ediləcək. "UniCredit" və "Koç Holdinq"in 50/50 ortaq olduqları "Koç Finansal Hizmetleri"nin bütün səhmləri "Koç Holdinq"ə keçəcək ("Koç Finansal Hizmetleri" şirkətinin 100% səhmdarı "Koç Holdinq" olacaq). "UniCredit" "Koç Finansal Hizmetleri"ndəki payının qarşılığında "Yapı Kredi"də birbaşa paya sahib olacaq.
Eləcə də bax: "Unicredit" "Yapı Kredi"dəki dolayı payına birbaşa sahib olmaq istəyir
Mövcud vəziyyətdə "Yapı Kredi"nin 81,92% hissəsi "Koç Finansal Hizmetleri"nə aidkən, əməliyyatdan sonra "Koç Holdinq" "Yapı Kredit"in nizamnamə kapitalının 9,04%-nə birbaşa, 40,95%-inə də "Koç Finansal Hizmetleri" vasitəsilə sahib olacaq.
"UniCredit" isə "Yapı Kredi"nin nizamnamə kapitalının 31,93%-nə birbaşa sahib olacaq. "Yapı Kredi"nin qalan 18,08% nisbətindəki səhmləri İstanbul birjasında ticarət olunmağa davam edəcək. Əməliyyatların lazımlı icazələrin alınmasının ardından 2020-nin ilk yarısında tamamlanması gözlənilir.
Qeyd edək ki, "Yapı Kredi" bankı Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin əsas səhmdarıdır.
"Yapı Kredi"nin əvvəlki səhmdar strukturu:
"Koç Finansal Hizmetleri" - 81,92%
İstanbul birjasında ticarət olunur - 18,08%
Əməliyyat tamamlanandan sonra "Yapı Kredi"nin yeni səhmdar strukturu:
"Koç Holdinq" - 9,04%
"Koç Finansal Hizmetleri" - 40,95%
"Yapı Kredi" - 31,93%
İstanbul birjasında ticarət olunur - 18,08%
Marja