Bank

Azərbaycandakı bank kartlarının - 26%-İ TƏMASSIZ İŞLƏYİR

Azərbaycandakı bank kartlarının - 26%-İ TƏMASSIZ İŞLƏYİR | FED.az
19:18 18 Avq 2020

Hazırda dövriyyədə olan ödəniş kartlarının 26%-i (2.3 mln. ədəd), POS-terminalların isə 53%-i (29.5 min) təmassız ödənişləri dəstəkləyir.

Eləcə də bax: Mərkəzi Bank limitin 50 manat artırılması ilə bağlı məlumat - YAYDI

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-nin məlumatında bildirilir ki, 2018-ci ilin analoji dövründə bu göstəricilər müvafiq olaraq 7% (409 min ədəd) və 32% (21 min ədəd) olub.

"Xüsusilə pandemiya dövründə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da rəqəmsallaşmanın zəruriliyi, təmassız ödənişlər, elektron ticarət, elektron bankçılıq xidmətləri daha da aktuallaşıb.

Pandemiya şəraitində virusun səthə toxunaraq yayılması faktı əhali tərəfindən POS-terminala toxunmadan aparılan təmassız ödənişlərə üstünlük verilməsinə səbəb olub. Pandemiya dövründə əhalinin təmassız ödəniş imkanlarını artırmaq üçün dünyanın bir çox ölkələrində PİN-kod daxil edilmədən təmassız kartlarla aparılan nağdsız əməliyyatların limitləri yüksəldilmişdir. Mərkəzi Bank analoji təcrübədən yararlanaraq, kartlar vasitəsilə PİN-kod daxil edilmədən aparılan təmassız ödəniş limitini hazırki 50 (əlli) manat səviyyəsindən 100 (yüz) manata yüksəltmişdir. Nəticə etibarilə, istehlakçılar üçün gündəlik əsasda həyata keçirilən təmassız ödənişlərin daha rahat, sürətli və təhlükəsiz formada aparılması imkanları genişləndirilib.”-, deyə məlumatda qeyd olunub.

Mərkəzi Bank ölkədə təmassız kart infrastrukturunun genişləndirilməsi strategiyasına uyğun olaraq, yaxın gələcəkdə bütün bank kartları və POS-terminalların təmassız ödənişləri dəstəkləməsi istiqamətində bank sektoru ilə birgə qarşılıqlı fəaliyyətini davam etdirir.

 

Digər xəbərlər