FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ötən ilin 10 ayı ilə müqayisədə bank sektorunun xalis mənfəəti 2,3 dəfə azalıb. Ötən ilin yanvar-oktyabr dövründə bank sektorunun xalis mənfəəti 549.6 milyon manat təşkil etmişdi.
Eləcədə bax: Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR
Müqayisə olunan dövrdə, bankların cəmi faiz gəlirləri 1 milyard 582.3 milyon manatdan 1 milyard 445.2 milyon manata, qeyri-faiz gəlirləri isə 828.9 milyon manatdan 445.2 milyon manata düşüb. Bank sektorunda əməliyyat mənfəəti isə 880.9 milyon manatdan 581.8 milyon manata geriləyib.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
| (mln. manatla) | (mln. manatla) | |
| Mənfəət və zərər maddələri | 31.10.2017 | 31.10.2018 | 
| 1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 1,582.3 | 1,445.2 | 
| 1.1 Kreditlər üzrə faizlər | 1,168.5 | 1,009.7 | 
| 2. Faiz və onlara bağlı xərclər | 740.8 | 489.3 | 
| 2.1 depozitlər üzrə faizlər | 316.9 | 320.0 | 
| 3. Xalis faiz gəliri (zərəri) | 841.5 | 956.0 | 
| 4. Qeyri-faiz gəlirləri | 828.9 | 445.2 | 
| 5. Qeyri-faiz xərcləri | 789.5 | 819.4 | 
| 6. Əməliyyat mənfəəti (zərəri) | 880.9 | 581.8 | 
| 7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 309.6 | 315.4 | 
| 8. Digər gəlirlər (xərclər) | 3.4 | (0.5) | 
| 9. Vergilər ödənilənədək mənfəət (zərər) | 574.7 | 265.9 | 
| 10. Mənfəətdən vergilər | 25.1 | 27.9 | 
| 11. Xalis mənfəət (zərər) | 549.6 | 238.0 | 




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








