Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC real rejimdə “Debit MasterCard Contactless” funksiyalı kartların emissiyasına start verib.
Eləcə də bax: Azərbaycanda təhsil krediti verən banklar hansılardır? – SİYAHI
FED.az MMC-yə istinadən xəbər verir ki, təmassız əməliyyatları dəstəkləyən bu kartlar vasitəsilə ölkədaxili əməliyyatlar həyata keçirilir. Belə ki, müştəri ödəniş zamanı kartı POS-terminala daxil etmədən və PİN kodu yığmadan, sadəcə terminala yaxınlaşdırmaqla məsafədən ödəniş edə bilir.
Kartı əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənədlə “Azərpoçt” MMC-nin Müştəri xidmətləri şöbəsinə müraciət etmək tələb olunur.
Qeyd edək ki, növbəti mərhələdə “Platinum”, “Gold” və “Standard” kartların yeni dizaynda və “contactless” funksiyası ilə emissiyası nəzərdə tutulur.