Dövlət Gömrük Komitəsinin reyestrinə 12 bank daxildir.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həmin banklar "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Xalq Bank", "Kapital Bank", "PAŞA Bank", "Premium Bank", "Rabitəbank", "Unibank", "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank BTB" və "Yapı Kredi Bank Azərbaycan" ASC-lərdir.
Eləcə də bax: “Kapitalbank”ın şöbə müdri vəzifəsindən uzaqlaşdı - SƏBƏB
Adları çəkilən kredit təşkilatlarından ilk 8-də bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır.
Azərbaycanda yalnız bu banklar - GÖMRÜK XİDMƏTİ GÖSTƏRİR
08:04
20 Avq 2019