Pakistan Milli Bankı Bakı filialını ləğv etmək qərarına gəlib.
Eləcə də bax: "Pakistan Milli Bankı"nın Bakı filialının zərəri - KƏSKİN ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankdan bildiriblər.
Məlumata görə, Bank Almata və Düşənbədə yerləşən iki törəmə müəssisəsi ilə yanaşı, Bakı, Bişkek və Aşkabadda yerləşən üç filialın bağlanmasına da qərar verib. Bununla bağlı Pakistan Milli Bankının İdarə Heyəti Pakistanın Maliyyə Nazirliyi və Dövlət Bankından lazımi icazələrin alınması üçün müraciət edib.
Bundan əlavə, Əfqanıstan və Banqladeşdəki ölkə əməliyyatlarının müvafiq olaraq Kabil və Dəkkədə yerləşən hər ölkə üzrə yalnız bir filialla məhdudlaşdırılması qərara alınıb.