Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda törəmə bankı olan "Yapı Kredi", 2019-cu ilin ikinci yarısında 21 ölkədən 39 bankın iştirakı ilə 950 milyon dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib.
FED.az xəbər verir ki, bankın açıqlamasına görə, ilin ikinci yarısında sindikatlaşdırılmış kredit alışı təkliflərinə 1 milyard dolların üzərində tələb gəlib. "Bankımıza daha çox kreditin veriləmsi istəyi beynəlxalq bazarlrda Türkiyəyə və "Yapı Kredi"yə olan etibarı bir daha göstərdi", - Bankın açıqlamasında deyilir.
Eləcə də bax: Azərbaycan bankirləri Türkiyədə Yapı Kredi Bankla - GÖRÜŞÜB
Sindikatlaşdırılmış kreditin müddəti 367 gün təyin olunub. Kreditin cəmi xərci isə libor + 2,25% və euribor + 2,10% olaraq reallaşıb.
Bankın İdarə Heyətinin sədri Gökhan Erün bildirib ki, sərfəli faiz nisbətləri ilə iki ayrı valyutada cəlb edilən bu kredit, xarici ticarətin maliyyələşdirilməsində və ümumi təşkilati məqsədlər üçün istifadə ediləcək.
"Yapı Kredi"nin cəlb etdiyi 950 milyon dollarlıq sindikatlaşdırılmış krediti "Bank of America Merrill Lynch" təşkil edib. Koordinatorluğunu "The Commercial Bank Qatar" və "Emirates NBD Capital Limited", vasitəçiliyini isə "Mizuho Bank Ltd" boynuna götürüb.
Marja