Azərbaycanda bank şöbələrinin sayında aylıq və illik azalma qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin oktyabr ayında bank şöbələrinin sayı 86 olub.
Bu da aylıq 2 ədəd (2,3%) illik isə 8 ədəd (8,5%) azdır.
Keçən ay bank şöbələrinin ümumi sayı 88, ötən ilin oktyabr ayında 94 ədəd olub.