Azərbaycanın bank sistemində sistem əhəmiyyətli bankların siyahısı dəyişib.
FED.az xəbər verir ki, sistem banklar - bank sektorunun liderdəri olmaqla yanaşı, ölkədəki maliyyə xədmətləri və sistemin dayanıqlığı baxımdan mühüm əhəmiyyətə malik olan banklardır.
Azərbaycan Mərkəzi Bankı ölkənin sistem banklarının yeni siyaısını müəyyən edib. İlk dəfə olaraq bu siyahıya «Unibank» da daxil olub.
Belə ki, AMB-nin qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “Paşa Bank” ASC və “UniBank” ASC sistemi bankları sayılır.
Xatırladaq ki, sistem banklarının buna qədər olan siyahısı belə idi - “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “Kapital Bank”, “PAŞA Bank”, “Xalq Bank” və “Bank Respublika”. Başqa sözlə, sistem bankların siyahısından «Xalq Bank» çıxarılıb, bura «Unibank» əlavə edilib.