"Elveem-Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1800261511) nizamnamə kapitalının 3 200 020 AZN məbləğdən 1 646 550 AZN məbləğə azaldığını elan edir.
Bu da nizamnamə kapitalının 1 milyon 553 min 470 manat və ya 48,5% azaldılması deməkdir.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi, 1 ünvanına bildirə bilərlər.
"Elveem-Servis" MMC şirkəti 22 aprel 2005-ci ildə yaradılıb, qanuni təmsilçisi Emil Məhərrəmov Akif oğludur.