Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 399 milyon 83 min manat sığorta haqqı toplanılıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 25 milyon 943 min manat və ya 7% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin ödədikləri ödənişlərin məbləği isə 164 milyon 29 min manat təşkil edib. Bu isə illik müqayisədə 10 milyon 703 min manat, başqa sözlə 7% çoxdur.
Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41 manatı (ödəniş-yığım nisbəti) ödəniş edilib. Ötən ilin eyni dövründə də bu göstərici 41 manat olub.