Azərbaycan banklarının reklam və marketinq xərclərinə sərf etdiyi vəsaitlərin məbləği məlum olub.
Reklam və marketinq xərclərinin məbləği üzrə – BANKLARIN RENİNQİ - SİYAHI, MƏBLƏĞƏR (2024)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2024-cü ildə ölkə bankları reklam marketinq xərclərinə ümumilikdə 66 milyon manat vəsait sərf ediblər.
Marketinq və reklam xərclərinin əsas istifadəçiləri ölkədə geniş filial şəbəkəsinə malik olan, xüsusilə də istehlak kreditləri bazarında aktiv olan banklardır. Ən çox marketinq xəcləri ölkənin bank sektorunun liderləri olan «Kapital Bank» və Azərbaycan Beynəlxalq Bankına məxsusdur – müvafiq olaraq 16 milyon və 10,4 milyon manat.
«Unibank»ın reklam xərcləri 10 milyon manatdan bir qədər azdır. Reklam xərcləri 4 milyon manatdan artıq olan banklar arasında «Turanbank», «Bank of Baku» və «Premium Bank» da var.
Ölkədəki 8 bankın reklam-marketinq xərcləri 1 milyon manatdan aşağıdır. Daha «Bank Avrasiya» ötən il reklama 44 min manat, Melli İran Bankı isə ümumiyyətlə 1 min manat sərf edib.