Azərbaycanda bankların ticarət və investisiya qiymətli kağızlarına yatırımlarının dinamikası üzrə göstəricilər açıqlanıb.
FED.az bankların rüblük hesabatları əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, son üç ayda "Bank of Baku"nun qiymətli kağızlara yatırımlarında 71,9%, başqa sözlə 31,9 milyon manat artım baş verib.
"Azər Türk Bank" da ötən ilin sonu ilə müqayisədə 46,7% (65,4 milyon manat) artım olub.
"Turanbank" 40,5% (11,5 milyon manat) artımla üçüncü olub.
"Paşa Bank" 17,4% (322,2 milyon manat) artımla 4-cü pillədə qərarlaşıb.
"Yelo Bank"ın qiymətli kağızlara yatırımlarında 11,3% başqa sözlə 577 min manat artım qeydə alınıb.
"Azərbaycan Sənaye Bankı" və "Bank Melli İran" Bakı filialının yatırımları olmayıb.
"AFB Bank", "Premium Bank" və "Bank Avrasiya"nın qiymətli kağızlara yatırımları ötən ilin sonu və bu ilin ilk rübündə eyni olub.
"Bank VTB Azərbaycan"da 38,8% (10,2 milyon manat), "Unibank"da 17,7% (10,5 milyon manat) və "Bank BTB"-də 11,8% (482 min manat) azalma baş verib.