2025-ci ilin I rübü üzrə Azərbaycanda qiymətli kağızlara ən çox yatırım edən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatı əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, birincilik ölkənin ən böyük bankı ABB-yə məxsusdur. I rübün nəticələrinə əsasən bank tərəfindən ticarət və qiymətli kağızlara yatırımlar 3 milyard 339,1 milyon manat oluub.
ABB-dən sonra ən yüksək göstərici 3 milyard 81,4 milyon manat olmaqla "Kapital Bank"dadır.
"Paşa Bank"da qiymətli kağızlara yatırımlar 2 milyard 171,6 milyon manatı ötüb
Bununla yanaşı "Xalq Bank" 285,5 milyon manatla 4-cü, "Azər Türk Bank" isə 205,5 milyon manatla 5-cidir.
"Rabitəbank"ın ticarət və investisiya qiymətli kağızlarına yatırımları 110,1 milyon manata yaxınlaşıb.