Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətlərinin həcmi yenidən artmağa başlayıb. Əmanətlərin həcmi 2016-cı ilin noyabr ayı ərzində 15,8 mln. manat və ya 1,68% artaraq dekabrın 1-nə 957,2 mln. manata çatıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, artım əsasən xarici valyuta ilə əmanətlərin hesabına baş tutub. Belə ki, hesabat ayında milli valyuta ilə əmanətlərin həcmi 2,2 mln. manat və ya 6,77% azalaraq 30,3 mln. manat, xarici valyuta ilə əmanətlər isə 18 mln. manat və ya 1,98% artaraq manat ekvivalentində 926,9 mln. manat təşkil edib.
Qeyd edək ki, 2016-cı il dekabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 7 605,8 mln. manat olub və bunun 87,4%-i və ya 6 648,6 mln. manatı rezident, 12,6%-i və ya 957,2 mln. manatı qeyri-rezidnetlər tərəfindən yerləşdirilib.
Report©