Azərbaycanda qeyri-faiz xərcləri ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların qeyri-faiz xərclərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə ““Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-də 38,1% (97,4 milyon manat) olmaqla qeydə alınıb.
İkinci yüksək artım “Azər Türk Bank”da 11,1 milyon manat və ya 30,9% olmaqla baş verib.
“Kapital Bank”ın qeyri-faiz xərcləri 122,8 milyon manat və ya 27,5% artıb.
“Xalq Bank”da artım səviyyəsi 13,6 milyon manat, başqa sözlə 24,7% təşkl edib.
“Yelo Bank”ın qeyri-faiz xərcləri son bir il ərzində 12,1 milyon manat, başqa sözlə 23,1% artıb.
Bununla yanaşı “Bank of Baku”da artım 11,4 milyon manat və ya 22,8%,“Yapı Kredi Bank Azərbaycan” da isə 6,2 milyon manat və ya 22,4% təşkil edib.
Hesabat rübündə 3 bankın qeyri-faiz xərclərində azalma, 19-unkunda isə artım baş verib.