Azərbaycanda qeyri-faiz gəlirləri ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların qeyri-faiz gəlirlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Yelo Bank"da 3,4 dəfə, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın qeyri-faiz gəlirləri 17,2 milyon manat həcmində artıb.
"Yelo Bank"dan sonra artıma görə ikinci yerdə 80,1% və ya 4,4 milyon manat göstərici ilə "Bank VTB Azərbaycan" gəlir.
Qeyri-faiz gəlirlərində 79% və ya 6,5 milyon manat artım baş verən "Turanbank" üçüncüdür.
"Xalq Bank"-ın qeyri-faiz gəlirləri illik müqayisə ilə 56,8% və ya 11,6 milyon manat dəyərində artıb.
"Azərbaycan Beynəlxalq Bankı"-nın qeyri-faiz gəlirlərində təxminən 38,7% və ya 63,7 milyon manat artım baş verib.
Hesabat rübündə yalnız "Bank Avrasiya"nın (193 min manat və ya 9,4%) və "Bank Melli İran" Bakı filialının (127 min manat və ya 2 dəfə) qeyri-faiz gəlirərində azalma baş verib.