2018-ci ilin 2-ci rübünün sonuna Azərbaycanda bankların ümumi depozit portfeli 17 mlrd 336,1 mln manat olub. FED.az depozit portfelinin həcminə görə bankların sıralaması siyahısına əsasən xəbər verir ki, depozitlərin yarıdan çoxu 5 banka gəmləşib.
Ən çox depozit portfelinə malik olan 5 bank bunlardır: Azərbaycan Beynəlxalq Bankı (3 mlrd 800,2 mln manat), Paşa Bank (3 mlrd 253,7 mln manat), Kapital Bank (2 mlrd 821,5 mln manat), Xalq Bank (1 mlrd 221,6 mln manat) və Azərbaycan Sənaye Bankı (699,1 mln manat). Başqa sözlə bu 5 bankın depozit potfelinin məbləği ümumi bank sektorundakı depozit portfelinin 68,04% ni tutur.
Siyahıdakı ilk 10 bankın depozit portfelinin məbləği 14 mlrd 199,1 mln manat və ya ümumi depozit portfelində xüsusi çəkisi 81,9%-dir. Başqa sözlə, qalan 20 bank, ölkə zrə depozitlərin cəmi 18,1%-ni toplaya bilib. Siyahıda son 10 bankın depozit portfelinin məbləği isə cəmi 710,6 mln manat və yaxud da ümumi depozit portfelində payı 0,4% təşkil edib.
Siyada depozit portfeli 100 mln manata çatmayan 8 bank var. Bunlar: Ziraat Bank (94,3 mln manat), Günay Bank (86,9 mln manat), NBC Bank (85,2 mln manat), Naxçıvanbank (74,8 mln manat), Bank Avrasiya (57,6 mln manat), Bank VTB (52,5 mln manat), Bank Melli İran (4,4 mln manat) və Pakitan Milli Bankı ( 500 min manat) olub.
Ən az depozit portfelinə malik 5 bank bunlardır: Naxçıvanbank (74,8 mln manat, baxmayaraq ki, son br ildə portfelini 2,2 dəfə artırıb), Bank Avrasiya (57,6 mln manat), Bank VTB (52,5 mln manat), Bank Melli İran (4,4 mln manat) və Pakitan Milli Bankı ( 500 min manat) . Bu 5 bankın depozit portfelinin məbləği ümumi depozit portfelinin 1,09% ni təşkil edir.