“2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nın icrası çərçivəsində bank sektorunun yenidən canlandırılması nəzərdə tutulur”.
FED.az xəbər verir ki, bu barədə Maliyyə və Texnologiyalar Sammitində çıxışı zamanı (“Fintex Sammit”) Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib.
“Qəbul olunandır ki, inkişaf etmiş maliyyə sistemi olan ölkələrdə rəqəmsal, nağdsız ödənişlərin çəkisi yüksək olur. Bu istiqamət bizdə ikinci yerdə durur. Qeyd olunan istiqamət çərçivəsində bank sektorunun sağlamlaşdırılmasının başa çatdırılması, pul bazarının inkişafı nəzərdə tutulur”, - K.Qurbanova deyib.