Azərbaycanın bank sektorunda problemli kreditlərin payı 2017-ci ildə artmaqda davam edib. FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ötən ilin nəticələrinə görə, ölkəjə poblemli kreditlərin həcmi 1 milyard 626,7 milyon manat təşkil edib. Bu ümumi kredit portfelinin 13,8%-i qədərdir.
Ötən il ərzində problemli kreditlərin məbləği 154,1 milyon manat artıb. Əslində, bu məbləğ daha böyük ola bilərdi, çünki noyabrın nəticələrinə görə, problemli kreditlər 1 milyard 890,3 milyon manat idi. Amma dekabrda bu göstərici 263 milyon manat azalıb.
Ötən il problemli kreditlərin ümumi kredit portfelində payı da artıb. 2016-cı ilin sonunda krelit portfelinin «problemli» hissəsi 8,9% təşki l edirdisə, hazırda bu göstərici 13,8%-ə yüksəlib.
2017-ci ildə bankların kredit portfeli və problemli kreditlər
Dövr |
Kredit portfeli |
Problemli kreditlər |
Problemli kreditlərin umumi portfeldə payı |
2016 |
16 444.6 |
1 472.6 |
8,95% |
2017 |
|||
Yanvar |
16 705.2 |
1 633.1 |
9,77% |
Fevral |
15 878.6 |
1 556.4 |
9,80% |
Mart |
15 533.3 |
1 590.3 |
10,23% |
Aprel |
15 453.5 |
1 594.0 |
10,31% |
May |
14 794.0 |
1 739.8 |
11,75% |
İyun |
13 882.0 |
1 810.7 |
13,04% |
İyul |
12 860.8 |
1 812.8 |
14,09% |
Avqust |
12 376.6 |
1 824.0 |
14,74% |
Sentyabr |
12 437.2 |
1 857.1 |
14,93% |
Oktyabr |
12 152.2 |
1 889.6 |
15,54% |
Noyabr |
12 226.2 |
1 890.3 |
15,46% |
Dekabr |
11 757.8 |
1 626.7 |
13,83% |