Azərbaycanda problemli kreditlərin həcmi 7 aylıq azalmadan sonra fevral ayında yenidən artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) pul kredit statistikasında bildirilir.
AMB-nin məlumatına görə, martın 1-ə Azərbaycan banklarının kredit portfeli 12 milyard 974,6 milyon manat təşkil edib, bu bir ay əvvəllə müqayisədə 89,9 milyon manat artıqdır.
Eləcə də bax: Banklar faizləri şişirdirdilər
Martın 1-ə problemli kreditlərin həcmi isə 1 miyard 574,7 milyon manat təşkil edib. Bu fevralın 1-ə olan rəqəmdən 5,3 milyon manat artıqdır.
Bununla yanaşı, problemli kreditlərin ümumi kredit portfelində həcmi azalaraq 12,2%-dən 12,1%-ə düşüb.