Azərbaycan banklarında problemli kreditlərin həcmi yenidən artmağa başlaıb.
FED.az xəbər verir ki, mart ayının nəticələrinə görə, ölkə banklarının kredit portfeli 15 milyard 637,4 milyon manat, problemli kreditlər isə 1 milyard 386,8 milyon manat olub. Son bir ayda problemli kreditlər 90 milyon manat və ya təqribən 7% yüksəlib.
Eləcə də bax: "Azərbaycan banklarında problemli kreditlərin payı 12-15%-ədək artacaq"
Qeyd edək ki, bir ay ərzində problemli kreditlərin belə kəskin artması sonuncu dəfə 2017-ci ilin may ayında qeydə alınmışdı.
Nəticədə bankların kredit portfelində probleili kreditlənin payı da artaraq fevralın sonundakı 8,3%-dən martın sonunda 8,9%-ə yüksəlib.