Azərbaycanda problemli kreditlərin həcmi azalıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı məlumata görə, mayın sonuna problemli kreditlər həcmi ilin əvvəli müqayisədə 75,1 milyon manat azalaraq 1 milyard 494,3 milyon manat təşkil edib.
Eləcə də bax: Mərkəzi Bankın depozit hərracına tələb böyük olub - NƏTİCƏ
Bu da ümumi kredit qoyluşunun (13 milyard 198 milyon manat) 11,3 faizinə bərabərdir.
Təkcə may ayında problemli kreditlər 9,5 milyon manat azalıb.
Problemli kreditlərin ümumi kredit qoyuluşunda da payı ilin əvvəli müqayisədə 12,3 faizdən 11,3-ə düşüb.
Azərbaycanda problemli kreditlər azalıb – AÇIQLANDI
12:01
1 İyul 2019