Bu il oktyabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2,7% azalaraq 519.8 milyon manata enib.
Baş direktor: "Kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir"
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 12.4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 20% azalıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.3% təşkil edib.